...

Dekabrın 15-də Bakı məktəbliləri yenidən yarışacaqlar

Cəmiyyət Materials 14 Dekabr 2012 13:21 (UTC +04:00)
Dekabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) IV sinif şagirdləri arasında "İntellektə gedən yol" adlı müsabiqəsinin növbəti mərhələsini keçirəcək.
Dekabrın 15-də Bakı məktəbliləri yenidən yarışacaqlar

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) IV sinif şagirdləri arasında "İntellektə gedən yol" adlı müsabiqəsinin növbəti mərhələsini keçirəcək.

İdarədən cümə günü Trend-ə verilən məlumata görə, müsabiqə intellektual inkişafın artırılması, dünyagörüşü və bilik səviyyəsinin yoxlanılması, həmçinin onların sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətlərinin səviyyəsinin öyrənilməsi və təbliği məqsədilə keçirilir. Müsabiqənin I mərhələsində Bakı məktəblərinin yüksək intellektual, geniş dünyagörüşü və mükəmməl bilik səviyyəsinə malik olan "dördüncü"ləri arasından 535 şagird seçilərək idarəyə təqdim edilib. Müsabiqənin II mərhələsində şagirdlərə altı variant olmaqla 20 sual təqdim ediləcək. Bu suallardan 12-si riyaziyyat, digər 8-i isə məntiqə aid olacaq. Sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt veriləcək.

III mərhələdə iştirakçılar arasından yalnız 30 nəfər bacarığını sınaya biləcək. Həmin şagirdlər II mərhələdə yüksək nəticə əldə edənlər arasından seçiləcək. Bu seçim qiymətləndirmə üsulu ilə deyil, düzgün cavabların sayına uyğun aparılacaq. Sözügedən mərhələnin dekabrın sonuncu ongünlüyündə keçirilməsi nəzərdə tutulub. Müsabiqənin yekun - III mərhələsinin qalibləri Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti