...

Xaricdə oxuyan azərbaycanlı tələbələrin problemləri nədir?

Cəmiyyət Materials 18 Dekabr 2012 10:23 (UTC +04:00)
Azərbaycandan dövlət xətti ilə xaricdə təhsil almaq üçün göndərilən tələbələr yüksək seçimdən keçirlər, dil bacarıqları yoxlanılır və həmin tələbələr qəbul olduqları ali təhsil məktəbinin qəbul şərtlərini yerinə yetirməlidirlər.
Xaricdə oxuyan azərbaycanlı tələbələrin problemləri nədir?

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycandan dövlət xətti ilə xaricdə təhsil almaq üçün göndərilən tələbələr yüksək seçimdən keçirlər, dil bacarıqları yoxlanılır və həmin tələbələr qəbul olduqları ali təhsil məktəbinin qəbul şərtlərini yerinə yetirməlidirlər. Bu barədə Trend-ə təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Novruzov qeyd edib ki, eyni zamanda akademik borcları olan tələbələrimiz də olur və onlar həmin geriliyi aradan qaldıranadək onların dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılır.

Nazir müavini akademik borcların yaranma səbəblərinə də aydınlıq gətirib.

"Geriləmə azərbaycanlı tələbənin oxuya bilməməsi ilə əlaqədar deyil. Bu, tələbənin psixoloji mühitə adaptasiyası, yeni mühitə uyğunlaşması, birdən-birə ölkədən, ailədən ayrılmaq səbəbi ilə bağlı olur. Bu da çox nadir halda rast gəlinən hadisədir", - o deyib.

Novruzovun sözlərinə görə, təcrübə onu göstərir ki, bu, tez bir zamanda dəf edilə bilər.

Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti