...

Bakıda 10 şagird "Qızıl onluğ"a daxil ediləcək

Cəmiyyət Materials 24 Dekabr 2012 14:37 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) "İntellektə gedən yol" adlı müsabiqəsində ən yüksək nəticə göstərən 10 şagirdini "Qızıl onluğ"a daxil edəcək.
Bakıda 10 şagird "Qızıl onluğ"a daxil ediləcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) "İntellektə gedən yol" adlı müsabiqəsində ən yüksək nəticə göstərən 10 şagirdini "Qızıl onluğ"a daxil edəcək.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bazar ertəsi Trend-ə bildirib ki, müsabiqənin məqsədi IV sinif şagirdlərinin intellektual inkişafını artırmaq, onların dünyagörüşü və bilik səviyyəsini yoxlamaq, sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətlərinin səviyyəsini öyrənməkdir. Müsabiqənin dekabrın 15-də keçirilən ikinci mərhələsində 535 şagirdin 75 faizi sualları düzgün cavablandırıb.

Şagirdlərə altı variant olmaqla 20 sual təqdim edilib. Bu suallardan 12-si riyaziyyat, 8-i məntiqdən olub.

Müsabiqənin dekabrın 25-də keçiriləcək III mərhələsində iştirak edəcək 45 şagirdən ən yüksək nəticə göstərən 10 nəfər "Qızıl onluğ"a daxil ediləcək. Ümumilikdə müsabiqədə ən yüksək nəticə göstərən ilk 100 nəfər isə "İstedad bankı"na daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti