...

Azərbaycanda kurikulumların tətbiqi üzrə təlimlərdən keçməyən müəllimlərin nəzərinə

Cəmiyyət Materials 3 Yanvar 2013 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ilində ibtidai siniflərdə, V-VI siniflərdə işləyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçməyən müəllimlər üçün kurslar təşkil ediləcək. Bu barədə cümə axşamı Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təhsil naziri Misir Mərdanov TN-in nəzdindəki ümumi təhsil müəssisələrinin və məcburi köçkün rayonlarının təhsil şöbələrinin rəhbərlərinə həmin müəllimlərin siyahılarının müəyyənləşdirilməsi üçün göstəriş verib. Rəhbər şəxslər məktəblərin yerləşdiyi ərazi üzrə təşkil ediləcək mərkəzlərdə müəllimlərin təlim kurslarına cəlb edilmələri üçün müvafiq təşkilati işləri yerinə yetirməlidirlər.

Təlimlər ibtidai sinif və 13 fənn müəllimi üçün nəzərdə tutulub. İlkin proqnozlara görə, bu təlimlər 50 min müəllimi əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti