...

Elşad Abdullayevin video qalmaqalında olan hakimin səlahiyyətlərinə xitam verildi

Cəmiyyət Materials 14 Yanvar 2013 17:12 (UTC +04:00)
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı başlanılmışdı.
Elşad Abdullayevin video qalmaqalında olan hakimin səlahiyyətlərinə xitam verildi

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı başlanılmışdı.

Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, Şuranın 14 yanvar tarixli qərarı ilə Ağababa Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yaydığı videoda Nərimanov rayon məhkəməsinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Ağababa Babayevlə görüşünü əks etdirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti