...

Azərbaycanda “Kompüter Bilikləri Sahəsində Milli Test Mərkəzləri” yaradılacaq

Cəmiyyət Materials 28 Yanvar 2013 13:25 (UTC +04:00)
Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində Azərbaycanda "Kompüter Bilikləri Sahəsində Milli Test Mərkəzləri" yaradılacaq.
Azərbaycanda “Kompüter Bilikləri Sahəsində Milli Test Mərkəzləri” yaradılacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində Azərbaycanda "Kompüter Bilikləri Sahəsində Milli Test Mərkəzləri" yaradılacaq.

Qafqaz Universitetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir.

Qafqaz Universitetinin də iştirak etdiyi layihə çərçivəsində bu test mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiq etmələri nəzərdə tutulub. Üçillik layihə 2015-ci ilin oktyabr ayında başa çatacaq. Layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq.

Qafqaz Universiteti 2008-ci ildən Avropa İttifaqının bir çox layihələrində də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti