...

Azərbaycanda özəl tibb müəssisələrinin reklam verməsinə nəzarət güclənəcək

Cəmiyyət Materials 13 Fevral 2013 16:19 (UTC +04:00)
Azərbaycanda özəl tibb müəssisələrinin reklam verməsinə nəzarət güclənəcək.
Azərbaycanda özəl tibb müəssisələrinin reklam verməsinə nəzarət güclənəcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda özəl tibb müəssisələrinin reklam verməsinə nəzarət güclənəcək.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında bununla bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunub.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, "Reklam haqqında" qanuna təklif olunan dəyişikliyə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməldir.

Çıxış edən deputatların əksəriyyəti bu təklifi dəstəkləyərək bildiriblər ki, televiziya kanallarında bir sıra özəl tibb müəssisələri həqiqətəuyğun olmayan reklamlar verirlər.

Qanuna dəyişikliyin əleyhinə çıxan deputat Elmira Axundova bildirib ki, bu dəyişikliyin həyata keçirilməsi televiziyaların maliyyə vəziyyətinə zərbə olacaq, çünki onların bir çox verilişlərinə məhz özəl tibb müəssisələri sponsorluq edir.

İclasda, həmçinin "Dərman vasitələri haqqında" qanuna təklif olunan dəyişikliyə görə, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.

Qanunlara dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti