...

TQDK I sinif dərsliklərində olan səhvlərlə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərib

Cəmiyyət Materials 14 Fevral 2013 17:18 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I sinif dərsliklərində olan səhvlərlə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərilib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib.
TQDK I sinif dərsliklərində olan səhvlərlə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I sinif dərsliklərində olan səhvlərlə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərilib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib.

O, həmin rəyin yaxın zamanda internetdə də yayımlanacağını və müəllimlərin də onlarla tanış olacağını bildirib.

"Dərsliklərdəki bütün səhvləri dərhal düzəltmək mümkün olmayacaq. Lakin bundan sonra müəllimlər və elmi redaktorlar dərsliklərin yazılmasına daha məsuliyyətlə yanaşacaqlar. Çünki artıq prosesə ictimai nəzarət var", - o deyib.

TQDK sədri həmçinin qeyd edib ki, 2001-ci ildə buraxılan test bankları öz aktuallığını itirib və ötən dövr ərzində bütün imtahanlarda istifadə olunan test variantları toplu şəklində çap edilib.

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, görüşdə iştirak edən tələbələr 600-dən yuxarı bal toplamış abituriyentlərdir. O, Ali Neft məktəbinə qəbul olunmaq üçün göstərilən marağın gözləniləndən dəfələrlə çox olduğunu vurğulayıb.

Qasımov deyib ki, bir il bundan qabaq iki ixtisas üzrə ("Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi") tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaq.

Rektor Bakı Ali Neft Məktəbinin əsas məqsədinin ölkəmiz üçün beynəlxalq standartlara cavab verən, müasir texnika və texnologiyalarına yiyələnmiş, yüksəkixtisaslı və ingilisdilli kadrların yetişdirilməsi olduğunu bildirib.

Görüşdə TQDK sədri Məleykə Abbaszadə tələbələri maraqlandıran suallara ətraflı cavab verib, fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti