Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta ümumtəhsil məktəblərin 1-ci siniflərində istifadə edilən bəzi dərsliklərin yenidən təkmilləşdirilməsini və bundan sonra orta məktəblərdə istifadə edilməsini məqsədəuyğun sayır.
Trend-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, həmin dərsliklər "Həyat bilgisi" (müəlliflər: Bahar Kərimova və Gülər Mehdiyeva), təlim rus dilində aparılan ümumtəhsil məktəbləri üçün olan "Azərbaycan dili" (Məcid İsmixanov, Aynur Rüstəmova, Ceyran Bayramova), "Rus dili 1" dərsliyidir (müəlliflər: Nuriyeva Bela, Mustafazadə Nigar). Bu dərsliklərin qeyd edilən irad və təkliflər nəzərə alınmaqla təkmilləşdirilməsi və bundan sonra respublikanın ümumtəhsil məktəblərində onun istifadəsi məqsədəuyğun hesab edilir.
Dərsliklərin yekun rəyləri artıq Təhsil Nazirliyinə təqdim edilib.