...

Şahin Seyidzadə: Gənc üçün "uğurlu lider" obrazı çox vacibdir

Cəmiyyət Materials 20 Fevral 2013 15:17 (UTC +04:00)
Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ölkənin bugünki fəal, intellektual və uğurlu gəncləri və onların əhatə edən proseslərə öz münasibətini bildirərkən deyib.
Şahin Seyidzadə: Gənc üçün "uğurlu lider" obrazı çox vacibdir

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ölkənin bugünki fəal, intellektual və uğurlu gəncləri və onların əhatə edən proseslərə öz münasibətini bildirərkən deyib.

"Son zamanlar "gənclik" ölkədə baş verən heç bir prosesdən kənarda qalmayaraq trendə çevrilib. Mütəmadı olaraq gənclər haqqında yazılır, onların problemləri işıqlandırılır, onların iştirakı ilə bir çox tədbirlər təşkil olunur, eləcə də onların inkişafı naminə dövlət və ictimai alətlər inkişaf etdirilir. Digər təfərdən gənclər özləri də fəal olmağa və ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə maraq göstərirlər", - o deyib.

Seyidzadə qeyd edib ki, bu gün savadlı gənclər öz uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli resursdur. Bu gün gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabil və uğurlu gələcək lazımdır, o hər zaman uğurun "yanında olmaq" istəyir, lakin "uğursuzuqla" üzləşdikdə dərhal "günahkar" axtarır.

"Sözsüz ki, uğura istiqamətlənmək "uğurlu lider" obrazını tələb edir. Gənc üçün "uğurlu lider" obrazı çox vacibdir, əks halda "uğursuz" obraz onun üçün şəxsi inkişafında "uğursuz ssenari" yarada bilər. Bu yalnız işdə, biznesdə, təşkilatda yaradılmış "uğurlu obraz"lara aid deyil, eyni zamanda, uğurlu siyasi lider, xalqın liderlərinə də aid edilir - əgər şirkət və dövlətin rəhbəri idarə etdiyi şirkəti və ya ölkəni uğurlu inkişafa və stabilliyə gətirib çıxarmırsa, o zaman onunla birlikdə olanlar necə uğurlu ola bilər? Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər!" - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti