"Migom" pulköçürmə xidmətindən Azərbaycan poçtunun əksər şöbələrində istifadə etmək mümkün olacaq (FOTO)

"Migom" pulköçürmə xidmətindən Azərbaycan poçtunun əksər şöbələrində istifadə etmək mümkün olacaq (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Vəliyev/

Martın 5-də Bakıda Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində "Azərpoçt" MMC və "Migom" beynəlxalq pulköçürmə ödəniş sistemi nümayəndələrinin iştirakı ilə "Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı. Pul köçürmələri bazarında innovasiya prosesləri" mövsuzunda konfrans keçirilib.

Konfransın işində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədov, "Azərpoçt" MMC-nin Maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov, "Migom" QSC Bank Olmayan Kommersiya Təşkilatı (BOKT) İdarə heyətinin sədri Natalya Karaçevseva iştirak ediblər.

Konfrans zamanı iştirakçılar Azərbaycan-Rusiya tranzaksiya dəhlizinin inkişaf perspektivləri, Azərbaycanda hesablaşma xidmətlərindən istifadə, o cümlədən sıfır dərəcəli komissiya haqqı ilə pul köçürmələri haqqında məlumat təqdim ediblər.

Görüş zamanı ölkə ərazisi üzrə ödəniş infrastrukturunun keyfiyyətinin artırılması, Azərbaycan ərazisində "Migom"un innovasiya layihələrinin həyata keçirilməsi, "Azərpoçt" şəbəkəsində əhalinin kredit və borclarının ödənilməsi xidmətləri, onlayn maliyyə servisləri və ödənişli məhsullar, həmçinin "Azərpoçt" şəbəkəsində mal və xidmət tədarükçülərinin - elektron kommersiya iştirakçılarının ödənişi, "Azərpoçt" müştəriləri üçün mobil internet bankçılığının əlaqədar servislərinin təqdim edilməsi məsələləri nəzərdən keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin əlaqələndirmə fəaliyyəti şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədov konfransda çıxışı zamanı bildirib ki, "Azərpoçt"un "Migom" sistemi ilə əməkdaşlığı haqqında saziş 2012-ci ilin mayında imzalanıb. Hazırda "Migom" pulköçürmə xidmətləri poçt rabitəsinin 200 şöbəsində həyata keçirilir və yaxın vaxtlarda xidmət "Azərpoçt" korporartiv şəbəkəsinə qoşulmuş bütün poçt şöbələri üzrə genişləndiriləcək. Hazırda operatorun korporativ şəbəkəsinə "Azərpoçt"un təqribən 800 filial və poçt şöbəsi qoşulub.

"Migom" beynəlxalq pulköçürmə sistemi regionumuz üçün ən tanınmış sistemlərdən biridir. Pul köçürmələrinin əksəriyyətinin Rusiya və MDB-nin digər ölkələrinin payına düşdüyünü nəzərə alsaq, Azərbaycanın poçt operatoru və "Migom" arasında əməkdaşlıq daha məhsuldar olacaq. "Migom"un bizimlə əməkdaşlığa razılıq verdiyinə görə məmnunuq və "Migom" sisteminin Azərbaycanda pul köçürmələri xidmətləri üzrə liderlərdən birinə çevrilməsi üçün əlimizdən gələni etməyə hazırıq", - Məmmədov qeyd edib.

"Migom" 2002-ci ildən 27 ölkə istiqamətində fiziki şəxslərdən pul köçürmələri bazarında fəaliyyət göstərən Rusiyanın köklü və iri sistemlərindən biridir. Sistem 450-dən çox yerli və xarici bank və qeyri-bank strukturlarını, terminal şəbəkələrini və agentləri özündə birləşdirir. "Migom" tranzaksiya pul köçürmələrindən başqa, fiziki və hüquqi şəxslərə (beynəlxalq banklararası hesablaşmalar daxil olmaqla) ödəniş xidmətlərinin geniş spektrini təqdim edir.

"Azərpoçt" MMC-nin Maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib ki, poçt operatoru Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında maliyyə xidmətlərinə 2012-ci ilin aprel ayında başlayıb.

"Azərpoçt" bu lisenziyaya əsaslanaraq, mövcud xidmətlərin həyata keçirilməsi məqsədilə tərəfdaşları ilə bir sıra sazişlər bağlayıb. Bunlardan biri də "Migom" təcili pulköçürmə sistemidir.

"Azərpoçt"un poçt şəbəkəsinin şaxəli olması bütün respublika ərazisi üzrə pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Hazırda "Migom" xidmətindən Bakı, Abşeron yarımadası və Sumqayıt daxil olmaqla, bir çox poçt şöbələrində istifadə etmək mümkündür. Getdikcə şəbəkə respublikanın bütün ərazisi üzrə genişləndiriləcək. Azərbaycanda "Migom" sistemi beynəlxalq pul köçürmələri üzərində təhlükəsizlik nəzarəti və sürəti keyfiyyətlə həyata keçirən etibarlı tərəfdaş qismində özünü xeyli müddətdir tanıdıb. Gələcəkdə tərəfdaşlığımızı genişləndirmək niyyətindəyik", - Əhmədov qeyd edib.

Öz növbəsində, "Migom" QSC-nin İdarə heyətinin sədri Natalya Karaçevseva çıxışında bildirib ki, hesab açılmadan transsərhəd köçürmələr Rusiya daxil olmaqla, bütün ölkələr üçün vacib və sosial əhəmiyyətli xidmətdir. Onun sözlərinə görə, "Migom" sistemi bazarda 11 illik iş təcrübəsi və Azərbaycanda bütün fəaliyyəti dövründə maliyyə sahəsində olduqca ciddi peşəkar təcrübə qazanıb. Hazırda şirkət Azərbaycan əhalisi və respublikadan kənarda yaşayan vətəndaşlar üçün yeni maraqlı xidmətlər təklif etməyə hazırdır.

"Tərəfdaşlıq şəbəkəmiz durmadan artır. Dünya üzrə təqribən 450 tərəfdaş bank və 27-yə yaxın dəhlizimiz mövcuddur. Ümid edirik ki, Azərbaycan bizim üçün liderlik edən Qafqaz dəhlizlərindən biri olacaq. Elə bu məqsədlə əhaliyə sosial əhəmiyyətli xidmətləri təqdim edən qabaqcıl operator qismində "Azərpoçt" ilə strateji tərəfdaşıq. "Azərpoçt" ilə hazırda 200 nöqtədə fəal işləyirik və iştirak nöqtələrini ilin ortalarınadək iki dəfə artırmağı planlaşdırırıq", - Karaçevseva bildirib.

Onun sözlərinə görə, son bir il ərzində Rusiyada ödəniş sahəsində şirkətin olduqca diqqətlə hazırlaşdığı əhəmiyyətli dəyişikliklər baş verib. Ödəniş infrastrukturu, İT infrastrukturunun tikintisi və modernləşdirilməsinə, sənəd dövriyyəsinin optimallaşdırılmasına xeyli səy göstərilib.

Karaçevseva vurğulayıb ki, Rusiyada beynəlxalq bazarda ölkənin bütün ödəniş sistemlərinin fəaliyyətini tənzimləyən yeni qanun qüvvəyə minib.

"Beynəlxalq ödəniş sisteminin operatoru olmaq imkanlarının əldə edilməsinə dair ciddi prosedurlar mövcuddur. Biz bütün bu prosedurları 2012-ci ildə keçmişik və beləliklə də hazırda beynəlxalq səviyyəli ödəniş sistemi operatoruyuq. Tərəfimizdən, həmçinin şəbəkəmizdən və ödəniş xidmətlərinin göstərilməsi üzrə ən müxtəlif distant vasitələrdən istifadə etməklə xeyli yeni və müxtəlif onlayn xidmətlər təklif etməyə imkan verəcək digər ödəniş sistemi qeydiyyata alınıb", - o qeyd edib.

"Migom" QSC BOKT hər şeydən əvvəl Rusiya Bankından lisenziyası olan hesablaşma bankıdır, "Migom" beynəlxalq pulköçürmə sisteminin operatorudur. "Migom" sisteminin hesablaşma bankları "Yevrotrast" və "Migom" QSC BOKT-dur. Şirkət fəaliyyət göstərdiyi bütün ölkələrdə bank təşkilatı qismində akkreditasiyadan keçib.

Şirkətin daxilində həyat keçirdiyi yenidənqirma, həmçinin göstərilən xidmətlərin sayının genişləndirilməsi sayəsində bu ildən başlayaraq, "Migom" beynəlxalq hesablaşma korporasiyası operatoru qismində öz daxili qanunvericiliyi çərçivəsində əhali üçün transsərhəd pul köçürmələri, ödənişlər və digər maliyyə xidmətləri həyata keçirmək imkanları olan bank və tərəfdaşları artıq özünə yaxınlaşdırmağa başlayıb.

"Beynəlxalq ödəniş xidmətləri opartoru kimi, tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində məhsul siyahımıza, yeni obraz və statusumuza detallı şəkildə toxunmağa hazırıq. Bazarın bizi klassik pul köçürmələri xidmətləri olan çoxməhsullu sistem kimi deyil, əhali üçün müasir, keyfiyyətli, sürətli, sadə, sadə çıxışı olan və çox tələbat duyulan xidmətlər göstərməyə hazır olan geniş tərəfdaş kimi qəbul etməsini istəyirik", - o deyib.

Karaçevsevanın sözlərinə görə, bütün bu xidmətlər "Azərpoçt" ilə əməkdaşlıqda və Azərbaycanın maliyyə-ödəniş sahəsinin inkişafında öz əksini tapacaq. Əməkdaşlıq vəsaitlərin təkcə Rusiya istiqamətində deyil, həmçinin bütün dəhlizlər üzrə, yəni "Migom"un hazırda təmsil olunduğu ölkələr istiqamətində yönəldilməsini nəzərdə tutur.

Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Loading Bars
Xəbər lenti
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bütün xəbərlər