...

DMX-də türkiyəli iş adamları ilə görüş olub

Cəmiyyət Materials 7 Mart 2013 13:50 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətində “dəyirmi masa” keçirilib.
DMX-də türkiyəli iş adamları ilə görüş olub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/

Dövlət Miqrasiya Xidmətində "dəyirmi masa" keçirilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə yeni təyin olunmuş müşaviri Namik Atanı, eləcə də"Azərbaycan Türk Sənayeçi və İş Adamları" Beynəlxalq Birliyinin (TÜSİAB) və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) nümayəndələrini və şirkət rəhbərlərini qəbul edib.

Xidmət rəisi ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə iqtisadiyyatının sürətli inkişafına nail olunduğunu, nəticədə Azərbaycan Respublikasının miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini qonaqların nəzərinə çatdırıb.

Nəbiyev qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı nəinki xarici investisiyaların axınını sürətləndirir, həmçinin burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin də sayının artmasına səbəb olmuşdur. Bu da, öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini tələb edir.

Xidmət rəisi bildirib ki, yeni iş yerlərinin açılması əməkçi miqrantları respublikaya cəlb etsə də, Prezidentin çıxışlarında dəfələrlə vurğuladığı kimi, ilk növbədə yerli əmək bazarının potensialından istifadə olunmalıdır. Nəbiyev miqrasiya proseslərinə nəzarətin gücləndirilməsinin zəruriliyini bir daha dilə gətirib, habelə Azərbaycanda fəaliyyət göstərən şirkət rəhbərlərinin də ölkə qanunlarına riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıb.

Səfirliyin müşaviri Namik Ata isə Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib və bu əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə şirkət rəhbərlərinin problemləri və təklifləri dinlənilib, onların həlli istiqamətində müzakirələr aparılıb və gələcəkdə yarana biləcək problemlərin aradan qaldrılacağı diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti