...

Avtomobil yollarının kənarlarında yaşıllıqların salınması işi başa çatdırılıb

Cəmiyyət Materials 27 Mart 2013 17:14 (UTC +04:00)
Ölkə rəhbərinin göstərişinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış, 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin icrası vaxtından əvvəl başa çatdırılıb.
Avtomobil yollarının kənarlarında yaşıllıqların salınması işi başa çatdırılıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Ölkə rəhbərinin göstərişinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış, 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin icrası vaxtından əvvəl başa çatdırılıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ümumi smeta dəyəri 20 milyon 145 min manat olan bu layihəyə görə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax, Bakı-Astara və Bakı Hava Limanı magistral avtomobil yollarında 775 hektar ərazidə yaşıllıqların salınması, 1453 hektarda isə ən müasir texnologiyaya əsaslanan damcılı suvarma şəbəkəsinin quraşdırılması nəzərdə tutulub. 2011-2012-ci illərdə layihənin icrası üçün cəmi 10 760 min manat vəsait ayrılıb. Nəticədə layihə üzrə əkilməsi nəzərdə tutulan 803,84 min ədəd əkin materialının cəmi 277,909 min ədədinin ödənişi layihə üçün nəzərdə tutulan vəsait hesabına təmin edilib. Lakin ETSN tərəfindən daxili imkanlar hesabına faktiki olaraq nəinki layihədə nəzərdə tutulan 803,84 min ağacın gətirilib əkilməsi, həmçinin əlavə ərazilərdə cəmi 2 milyon 131 min ədəd ağacın gətirilib əkilməsi təmin edilib.

Nazirlik işlərin vacibliyini və əsasən mövsümi xarakterli olduğunu nəzərə alaraq, layihələrin icrası üçün I mərhələdə ayrılmış 10 milyon 760 min manat vəsaitlə 2013-cü ildə yekunlaşmalı olan işləri vaxtından əvvəl 2012-ci ildə tam başa çatdırmağa müvəffəq olub.

Nazirlikdən bildirilib ki, son 3 ildə salınmış zeytunluqların ərazisi bütün tarix boyu Azərbaycanda salınan zeytunluqların ərazisinə bərabər olub. Zeytun əkinlərində 100 faiz bitiş əldə olunub.

ETSN layihənin büdcədən əlavə vəsait cəlb etmədən başa çatdırıldığıını nəzərə alaraq, smeta sənədləri üzrə qalıq vəsaitlərin (9381,4 min manat) büdcəyə qaytarılması üçün bu il martın 14-də Nazirlər Kabinetinə, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə məktubla müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti