...

Sınaq imtahanlarında iştirak etmək istəyən 20 mindən artıq abituriyent qeydiyyatdan keçib

Cəmiyyət Materials 28 Mart 2013 14:52 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aprelin 7-də keçirəcəyi ilk sınaq imtahanlarında iştirak etmək üçün 20 mindən artıq abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanlarında iştirak etmək istəyən 20 mindən artıq abituriyent qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aprelin 7-də keçirəcəyi ilk sınaq imtahanlarında iştirak etmək üçün 20 mindən artıq abituriyent qeydiyyatdan keçib.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. İlk sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki,Zaqatala, Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Lənkəran, Cəlilabad, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 46 binada keçiriləcək.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti