...

Azərbaycanın yol polisi ağır yol qəzalarının qarşısını almaq üçün təhlükəsizlik aylığına başlayır

Cəmiyyət Materials 29 Mart 2013 12:18 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi aprel ayının 1-dən 30-dək ölkə ərazisində “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirəcək.
Azərbaycanın yol polisi ağır yol qəzalarının qarşısını almaq üçün təhlükəsizlik aylığına başlayır

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Baş Dövlət Yol Polisi İdarəsi aprel ayının 1-dən 30-dək ölkə ərazisində "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirəcək.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyətli təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədilə cari ilin aprel ayının 1-dən 30-dək ölkə ərazisində "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını aylıq ərəfəsində yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edir. "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti