...

Peşə liseylərinin bu ilki məzunlarının 70 faizi buraxılış imtahanında "üç" alıb

Cəmiyyət Materials 4 Aprel 2013 14:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il peşə liseylərinin məzunları üçün kecirdiyi buraxılış imtahanında iştirak edən şagirdlərin 70 faizi "üç" qiyməti alıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Peşə liseylərinin bu ilki məzunlarının 70 faizi buraxılış imtahanında "üç" alıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il peşə liseylərinin məzunları üçün kecirdiyi buraxılış imtahanında iştirak edən şagirdlərin 70 faizi "üç" qiyməti alıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanların nəticələri TQDK-nı qane etmir. Ancaq bu imtahanlarda bundan da yüksək nəticə gözləmək mümkün deyildi.

"Orta məktəb proqramları çətin olduğuna görə həmin uşaqlar vaxtilə peşə məktəblərinə üz tutublar. Biz ötən ilki səviyyəni bildiyimiz üçün bu nəticəni də gözləyirdik. Həmin şagirdlər orta məktəbdə oxusaydılar, ötən il buraxılış imtahanı verəcəkdilər. Ancaq bu şagirdlər peşə məktəblərində oxuduqları üçün onların təhsil alma müddəti yarım il də uzanır", - Abbaszadə əlavə edib.

O, bu imtahanda 4 min şagirdin iştirak etdiyini də xatırladıb.

Qeyd edək ki, bu ildən peşə liseylərinin məzunları üçün buraxılış imtahanını TQDK keçirir. Əvvəlki illərdə isə bu proses Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti