...

Sosial ipoteka ilə bağlı qanun layihəsi payızda Milli Məclisdə müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 6 Aprel 2013 14:29 (UTC +04:00)
Azərbaycanda sosial ipoteka ilə bağlı qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınacaq
Sosial ipoteka ilə bağlı qanun layihəsi payızda Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanda sosial ipoteka ilə bağlı qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınacaq.

Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda parlamentin İqtisadi siyasət Komitəsi qanun layihəsi, layihəyə sosial ipoteka ilə bağlı təklif olunan bəndlər üzərində iş aparır.

"Bu günədək sosial ipotekanın effektivliyinin artırılması üçün bir sıra işlər görülüb, dövlət büdcəsindən 2013-cü il üçün sosial ipotekaya ayrılan məbləğ iki dəfə artırılıb və 40 milyon manata çatdırılıb, həmçinin Azərbaycan Prezidentinin fərmanı ilə sosial ipoteka krediti üçün ayrılan maksimum məbləğ 35 min manat 50 min manata qədər artırılıb. Payız aylarında da digər təklifləri də nəzərə alacaq qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq", - Quliyev deyib.

Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur.

Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Belə ki, Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti