...

TQDK II siniflərin 4 dərsliyini yararsız saydı

Cəmiyyət Materials 18 Aprel 2013 17:48 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin II sinif dərsliklərinin elmi-metodik monitorinqinin nəticələrini açıqlayıb.
TQDK II siniflərin 4 dərsliyini yararsız saydı

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin II sinif dərsliklərinin elmi-metodik monitorinqinin nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, II siniflər üzrə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" və "İngilis dili" dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib. TQDK-nın rəyinə görə, həmin dərsliklər yenidən hazırlanmalıdır.

Nağızadə hazırda orta məktəblərin VI sinif dərslikləri üzərində elmi-metodik monitorinqin nəticələrinin aparıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti