...

"Bresser Eurasia BV": Bakıda binanın sürüşdürülməsi prosesinin heç bir fəsadı olmayacaq

Cəmiyyət Materials 19 Aprel 2013 18:28 (UTC +04:00)
Bakıda Füzuli küçəsində (keçmiş Basin) binanın yerinin dəyişdirilməsinin heç bir mənfi nəticələri olmayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Bresser Eurasia BV" şirkətinin rəhbəri Leon Sveyhers deyib.
"Bresser Eurasia BV": Bakıda binanın sürüşdürülməsi prosesinin heç bir fəsadı olmayacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

Bakıda Füzuli küçəsində (keçmiş Basin) binanın yerinin dəyişdirilməsinin heç bir mənfi nəticələri olmayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Bresser Eurasia BV" şirkətinin rəhbəri Leon Sveyhers deyib.

Onun sözlərinə görə, binanın yeni bünövrəsi əvvəlkindən daha möhkəm olacaq və bina sakinlərinin narahatlığı üçün heç bir əsas yoxdur.

"Binanın köçürülməsinin hər hansı mənfi nəticələrindən söhbət gedə bilməz. Sakinlər onun möhkəmliyinə əmin ola bilərlər. İki gün əvvəl sakinlərin özləri köçürülmə prosesi ilə təfərrüatlı şəkildə tanış olublar", - Sveyhers qeyd edib.

O bildirib ki, binanın sürüşdürülməsinə gələn həftədən başlanacaq. Layihənin dəyəri açıqlanmır.

"Bresser Eurasia BV" şirkəti tarixində miqyasına görə ən iri binanın sürüşdürülməsini həyata keçirəcək. Binanın ağırlığı 18 min tona çatır.

Texnoloji proses binanın bir neçə millimetr qaldırılması və binanın altında quraşdırılmış 210 hidravlik qurğunun köməyi ilə köçürülmə zamanı binanın yerdəyişməsini nəzərdə tutur. Binanın köçürülməsi bu qurğuların yerini dəyişməsi ilə mümkün olacaq. Şirkət bu sahədə 30 illik iş təcrübəsinə malikdir və onun tərəfindən köçürülən binaların sayı 35-dən artıqdır.

Praktikaya əsasən, köçürülmə prosesi təqribən 5 gün vaxt apara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti