...

“Şahdağ” Qış-Yay Turizm və İstirahət Kompleksi müvəqqəti olaraq turizm xidmətləri göstərməyəcək

Cəmiyyət Materials 22 Aprel 2013 11:45 (UTC +04:00)
Bu yay mövsümündə “Şahdağ” Qış-Yay Turizm və İstirahət Kompleksi turizim xidmətləri göstərilməyəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Şahdağ” Qış-Yay Turizm və İstirahət Kompleksi müvəqqəti olaraq turizm xidmətləri göstərməyəcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu yay mövsümündə "Şahdağ" Qış-Yay Turizm və İstirahət Kompleksi turizim xidmətləri göstərilməyəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Bunun səbəbini izah edən nazir bildirib ki, kompleksdə birinci mərhələ üzrə inşaat işləri tamamlanmalıdır.

"Burada yolların müəyyən hissəsinin hazır olmaması bizə maneə törədəcək. Buna görə də, qərara gəlmişik ki, indidən turist axını saxlanılsın, burada aparılan tikinti işləri davam etdirilsin", - Qarayev deyib.

Nazir bildirib ki, növbəti qış mövsümü üçün kompleksdə daha iki hotelin istifadəyə verilməsi gözlənilir. Bundan sonra kompleks ilin bütün fəsillərində xidmət göstərə biləcək.

Qarayev bildirib ki, kompleksə investorların da sərmayə yatırmaları üçün təkliflərə baxılır və onlara müəyyən olunmuş yerlərdə inşaat işlərinin aparılması üçün razlılq verilir.

Nazirin sözlərinə görə, yayda bu işlərin bir hissəsi tamamlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti