...

Cəmil Quliyev: İTV-nin baş direktoru kimi əsas məqsəd azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər olacaq

Cəmiyyət Materials 23 Aprel 2013 12:50 (UTC +04:00)
İTV-nin baş direktoru kimi əsas məqsəd azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər və konstruktiv dialoq olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İTV-nin yeni baş direktoru Cəmil Quliyev deyib.
Cəmil Quliyev: İTV-nin baş direktoru kimi əsas məqsəd azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər olacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

İTV-nin baş direktoru kimi əsas məqsəd azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər və konstruktiv dialoq olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İTV-nin yeni baş direktoru Cəmil Quliyev deyib.

Onun sözlərinə görə, sadalanan ideyalar əsasında İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer veriləcək. "Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə teatr, kino deyil, ümumiyyətlə, bu məfhum cəmiyyəti idarə etməlidir", - o deyib.

Quliyev İTV-də kadr islaahatları barədə bildirib ki, bunu zaman göstərəcək. "Peşəkarlıq məsələsi əsas götürüləcək. Çünki televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Onlar sağlam düşüncəli və mədəni insanlar olmalıdır", - o deyib.

Ouliyev qeyd edib ki, "Mədəniyyət kanalı" öz fəaliyyətini davam etdirəcək. "Yəqin ki, ora yeni rəhbər seçiləcək. Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqında isə icraçı katibəm. Bu fəaliyyətimi davam etdirəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti