Azərbaycan, Bakı, 1 may /Trend/
Twizy Renault Sport F1-in təqdimatı üçün Renault "Twizy" modelini istehsal edən Valyadoliddəki zavodunu seçib. Bu "oyuncaq" konsept-kar Formula-1 texnologiyaları və seriyalı avtomobilləri birləşdirir. Bunu onun "əzələli" görünüşü və təsir bağışlayan texniki göstəriciləri əks etdirir.
Bolid şinləri, ön spoyler, yan pontonlar, antiqanad və dumana qarşı arxa fənərli diffuzorla təchiz edilmiş Twizy Renault Sport F1 hərtərəfli şəkildə özünün Formula-1 ilə "qohumluğunu" bəyan edir.
Twizy Renault Sport F1 - yalnız məzəli və üslublu konsept-kar deyil. Onun xarici görünüşü arxasında ciddi texnoloji təchizat gizlənir. Misal üçün, KERS* sistemi. O, Renault mühərrikləri ilə təchiz edilmiş Formula-1 bolidlərindəki sistemlə eynidir. Mühərrikin güvvəsi ani surətdə altı dəfə artaraq təqribən 100 a.g. çatır. KERS sistemi konsept-karı güllə kimi yerindən götürərək, Renault-un ən güvvətli seriaylı avtomobili Megane R.S. kimi, sürəti saatda 100 km çatdırır. Bu cür texnoloji sıçrayışın müəllifləri Renault Sport Technologies mühəndisləridir. Təbii ki, Renault Sport F1-in əməkdaşlıqı ilə.
Bu qeyri-adi avtomobil sayəsində Renault KERS sisteminin rəmzi olan F1 elektrik texnologiyalarına yiyələndəyini nümayiş etdirir. Formula-1 inadlı sədaqət, şirkətə unikal texnoloji laboratoriya yaradaraq özünün üstünlüyünü tək yürüş trasında deyil, adı yollarda da nümayiş etdirməyə imkan verir.
Twizy Renault Sport F1 il ərzində Renault-nun iştirak etdiyi bütün tədbirlərin iştirakçısı olacaq. Artıq ilk görüşlər təyin edilib - 27-28 aprel Araqonda Renault Dünya seriya birinciliyi və Barselona avtosalonu.
*KERS (Kinetic Energy Recovery System): kinetik enerjinin rekuperasiya sistemi və yaxud KERS sistemi.