Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İzzət/
İl ərzində Bakı şəhərində daha üç "ASAN xidmət"i mərkəzi yaradılacaq. Trend-in Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan "ASAN xidmət" mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ilk olaraq Xətai rayonunda 2 saylı "ASAN xidmət" mərkəzi, ardınca payız aylarında Yasamal rayonunda 3 saylı, daha sonra isə Sabunçu rayonunda 4 saylı mərkəz fəaliyyətə başlayacaq.
"Bundan başqa, avqust ayında Gəncə şəhərində "ASAN xidmət" mərkəzi açılacaq. Həmin mərkəz Gəncə və şəhər ətrafındakı digər rayonların əhalisinə xidmət göstərəcək", - Kərimov bildirib.