...

TQDK buraxılış imtahanlarının keçiriləcəyi binaları yoxlayacaq

Cəmiyyət Materials 10 May 2013 12:22 (UTC +04:00)
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları sabah Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara baxış keçirəcəklər". Bunu cümə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
TQDK buraxılış imtahanlarının keçiriləcəyi binaları yoxlayacaq

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları sabah Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara baxış keçirəcəklər". Bunu cümə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, artıq bu il keçiriləcək buraxılış imtahanlarının qrafiki müəyyən olunub. İmtahanların keçirilmə tarixləri TQDK-nın rəsmi saytında yerləşdirilib. İlk buraxılış imtahanı iyunun 2-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda olacaq.

Komissiya rəsmisi deyib ki, buraxılış imtahanına hazırlıq işlərinin aparılması intensiv şəkildə davam etdirilir. Bu hazırlıq işləri sırasına təşkilatı işlər də daxildir.

E.Nağızadənin sözlərinə görə, sabah TQDK-nın müvafiq struktur bölməsinin əməkdaşları buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara növbəti baxış keçirəcəklər. Həmin binaların imtahana hazırlıq səviyyələri yoxlanacaq, onların tutumu bir daha dəqiqləşdiriləcək və otaqlardakı şərait müəyyənləşdiriləcək. Növbəti həftədən etibarən bu siyahılar üzrə bazada dəqiqləşdirmələr yekunlaşacaq.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə orta məktəblərin buraxılış imtahanlarını ötən ildən TQDK həyata keçirir. Bu il buraxılış imtahanları iyunun 2-dən 17-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti