...

Azərbaycan dilindən imtahan verəcək rus bölməsi abituriyentləri üçün "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Cəmiyyət Materials 13 May 2013 15:25 (UTC +04:00)
2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanına "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.
Azərbaycan dilindən imtahan verəcək rus bölməsi abituriyentləri üçün "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanına "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, abituriyentlər "Buraxılış vərəqəsi"ni komissiyanın rəsmi internet saytındakı müvafiq sistemə daxil olaraq çap edə bilərlər.

"Buraxılış vərəqəsi" almayan abituriyentlərin imtahan binasına girişi mümkün olmayacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının ilk mərhələsi mayın 19-da Bakıda və bölgə mərkəzlərində keçiriləcək. Bu imtahanda 8000-dək abituriyentin iştirak edəcəyi gözlənilir.

Azərbaycan dili imtahanının ikinci mərhələsi iyunun 23-də Bakıda keçiriləcək. İlk imtahanda "məqbul" ala bilməyən abituriyentlər ikinci imtahanda da iştirak edə bilərlər.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan dilindən imtahan verməlidirlər. Bu imtahanda "məqbul" qiyməti ala bilməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti