Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/
İndiyə qədər Avropa Gənclər Fondunun layihələrindən 300 minə yaxın Azərbaycan gənci bəhrələnib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Babayevin sözlərinə görə, bu günə qədər Azərbaycan gənclər təşkilatlarının təqdim etdiyi təxminən 150-ə yaxın layihə Avropa Gənclər Fondu tərəfindən dəstəklənib.
"Azərbaycan gənclər təşkilatları Avropa Gənclər Fondu ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Avropa Gənclər Fondu Azərbaycan təşkilatlarının layihələrini dəstəkləyir".
Nazir müavini vurğulayıb ki, gənclərlə bağlı həyata keçirilən layihələrin sayı artmaqdadır.
"Bunun nəticəsidir ki, gənclər ölkənin ictimai-siyasi həyatında daha aktiv iştirak edirlər. Bundan başqa, ildən-ilə gənclər təşkilatlarının yaranması prosesi də çox aktiv gedir".