Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Şəmsiyyə Bəylərqıznın 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. İttihama görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.
Prokuror Şəmsiyyə Bəylərqızına 10 ildən artıq cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.