Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 19-da rus bölməsi abituriyentləri üçün keçirdiyi "Azərbaycan dili" fənni üzrə imtahandan 10 şagirdi xaric edib. Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitapçalarını dəyişdikləri üçün imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.
İmtahanın nəticələri isə yaxın günlərdə elan ediləcək. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində keçirilib.
İmtahan 45 dəqiqə davam edib. İmtahan bütün binalarda təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.