...

İyunun 1-də TQDK imtahan binalarına son dəfə baxış keçirəcək

Cəmiyyət Materials 23 May 2013 15:15 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara son baxışı imtahandan bir gün əvvəl - iyunun 1-də keçirəcəklər.
İyunun 1-də TQDK imtahan binalarına son dəfə baxış keçirəcək

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara son baxışı imtahandan bir gün əvvəl - iyunun 1-də keçirəcəklər. Bunu Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, son baxış zamanı binalar təhlükəsizlik baxımından bir daha yoxlanılacaq, onların imtahana hazırlığı müəyyənləşdiriləcək.

E.Nağızadə TQDK-nın buraxılış imtahanlarının yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər gördüyünü də söyləyib.

O bildirib ki, iiyunun 2-də Azərbaycanda 2012-2013-cü tədris ilinin ilk buraxılış imtahanı keçiriləcək. Həmin gün, eyni zamanda, bu ərazilərdə yerləşən məcburi köçkün ailələrindən olan uşaqlar üçün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcəklər. Bu imtahanda 70 mindən artıq şagirdin iştirakı nəzərdə tutulur. Artıq həmin şagirdlər buraxılış imtahanında iştirak etmək üçün "Buraxılış vərəqə"lərini TQDK-nın internet saytından çap edib götürürlər. Şagirdlərin oxuduqları orta ümumtəhsil müəssisələrinin rəhbərləri də "Buraxılış vərəqə"lərini çap edərək şagirdlərə paylaya bilərlər. İndiyədək 50 mindən artıq şagird "Buraxılış vərəqəsi"ni götürüb.

İyunun 2-dək qalan şagirdlərin də "Buraxılış vərəqəsi"ni çap edəcəyinə ümid etdiyini deyən E.Nağızadə bildirib ki, buraxılış siniflərinin bütün şagirdləri ilə bağlı məlumatlar "Şagird-məzun" sisteminə daxil edilib. Qeyd edək ki, bu sistemə barəsində məlumatlar daxil olmayan şagirdlər buraxılış imtahanında iştirak edə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti