...

Azərbaycanda isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 4 İyun 2013 12:46 (UTC +04:00)
Azərbaycanda meyvə ağaclarında məhsulun yetişməsi üçün əlverişli hava şəraiti olacaq.
Azərbaycanda isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda meyvə ağaclarında məhsulun yetişməsi üçün əlverişli hava şəraiti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 5-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova deyib ki, iyunun 6-dək respublikanın rayonlarında hava şəraitinin isti olacağı gözlənilir. Bu da payızlıq dənli əkinlərdə və meyvə ağaclarında məhsulun yetişməsi, coxillik otların boy atması və biçini, aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq. Lakin yaxın keçmişdə yağan yağış nəticəsində gövdələrin yerə yatması ilə əlaqədar payızlıq dənli bitkilərdə məhsulların yığımı üçün şərait bir qədər çətin olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti