...

Gürcüstana daha çox türklər və azərbaycanlılar səfər edirlər

Cəmiyyət Materials 6 İyun 2013 15:36 (UTC +04:00)
Cari ilin yanvar-may aylarında Gürcüstana səfər edənlərin sayı 1 698 146 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 31 faiz çoxdur.
Gürcüstana daha çox türklər və azərbaycanlılar səfər edirlər

Gürcüstan, Tbilisi, 6 iyun /Trend, müxbir N.Kirsxaliya/

Cari ilin yanvar-may aylarında Gürcüstana səfər edənlərin sayı 1 698 146 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 31 faiz çoxdur. Onlardan 625 257 nəfəri turistdir ki, bu da 26,2 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Analitik-informasiya departamentinin yaydığı məlumatda deyilir.

2012-ci ilin may ayı ilə müqayisədə bu ilin may ayında Gürcüstana səfər edənlərin sayı 25,3 faiz artıb. Ümumilikdə bu ay ölkəyə 406 552 nəfər gəlib.

Mayda ən çox səfər edənlər Türkiyədən (1 faiz artım) olub. Sonrakı yerlərdə Azərbaycan (11,2 faiz), Ermənistan (61,5 faiz), Rusiya (76,3 faiz), Ukrayna (123 faiz) və İran (7,4 faiz) qərarlaşıb.

Bundan əlavə, Aİ ölkələri ilə bağlı müəyyən artım tempi də saxlanılıb. Artım baxımından mayda bu ölkələrdən Polşa (83 faiz), Mərkəzi Asiya ölkələrindən Özbəkistan və Qazaxıstan (41 və 38 faiz), Şərqi Avropadan isə Belarus (50 faiz) fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti