...

Azərbaycanda attestat ala bilməyən məzunların bu sənədi hansı formada alacağı açıqlanıb

Cəmiyyət Materials 7 İyun 2013 12:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) attestat ala bilməyən əvvəlki illərin orta məktəb məzunlarının bu təhsil sənədini hansı formada ala biləcəyini açıqlayıb.
Azərbaycanda attestat ala bilməyən məzunların bu sənədi hansı formada alacağı açıqlanıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) attestat ala bilməyən əvvəlki illərin orta məktəb məzunlarının bu təhsil sənədini hansı formada ala biləcəkləri açıqlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, həmin məzunlar attestat ala bilmək üçün mütləq eksternet qaydada imtahan verməlidirlər. Bu imtahan isə iyunun 25-də keçiriləcək: "Ötən illərdə buraxılış imtahanında "iki" qiyməti alanlar attestat almaq üçün mütləq imtahan verməlidirlər. Çünki qanunun geriyə qüvvəsi yoxdur".

E.Nağızadə bildirib ki, şagirdlərə attestatların verilməsi qaydalarına edilən yeni dəyişikliklər əvvəlki illərin deyil, yalnız bu ilki məzunlarına şamil edilir. Bu ilki məzunlar buraxılış imtahanında "iki" qiyməti almasından asılı olmayaraq, attestat ala biləcəklər.

E.Nağızadə bildirib ki, əvvəlki illərin məzunları üçün eksternet qaydada imtahanların dəqiq keçirilmə yerləri müəyyən olunacaq. Ancaq imtahanların şəhər mərkəzlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkənin bütün məzunlarına attestatların verilməsi təklifi ilə ölkə Prezidentinə müraciət etmişdi. Bundan sonra şagirdlərə attestatların verilməsi qaydalalarında dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti