...

«Azərbaycan Dəmir Yolları» QSC gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 18 İyun 2013 12:07 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçiblər.
«Azərbaycan Dəmir Yolları» QSC gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 18 iyun / Trend, müxbir M.Əliyev/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçiblər.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QSC-nin mətbuat katibliyindən bildirilib.

Qeyd olunub ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmiryolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və "Ekspres" tipli qatarlarda yolboyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur. Eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti