...

Təhsil Nazirliyi: Məktəblərdə rus bölmələrinin tamamilə bağlanılması gözlənilmir

Cəmiyyət Materials 24 İyun 2013 16:58 (UTC +04:00)
Gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə bağlanılması qətiyyən gözlənilmir. Bu barədə Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Təhsil Nazirliyi: Məktəblərdə rus bölmələrinin tamamilə bağlanılması gözlənilmir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə bağlanılması qətiyyən gözlənilmir. Bu barədə Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Nazirlik bildirir ki, bu gün Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərində rus bölməsi üzrə qəbulda əvvəlki illərə nisbətən artım müşahidə edilir.

Ötən tədris ilində Təhsil Nazirliyi sistemində olan 329 dövlət ümumtəhsil məktəbində rus bölmələri üzrə qruplar fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti