...

Şəmsiyyə Bəylərqızı 10 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 27 İyun 2013 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə iclası keçirilib. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə görə, Şəmsiyyə Bəylərqızı 10 il müddətinə azadlıqdan məhrum edilib.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

İttihama görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti