...

Gürcüstanda polisə tabe olmamağa görə cərimələr 5 dəfə artırılır

Cəmiyyət Materials 10 İyul 2013 14:33 (UTC +04:00)
Gürcüstanda hüquq mühafizə orqanlarının tələblərinə və ya göstərişlərinə tabe olmamağa görə cərimə 400 laridən 2000 lariyədək (1 dollar=1,65 lari) artırılır.
Gürcüstanda polisə tabe olmamağa görə cərimələr 5 dəfə artırılır

Gürcüstan, Tbilisi, 10 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda hüquq mühafizə orqanlarının tələblərinə və ya göstərişlərinə tabe olmamağa görə cərimə 400 laridən 2000 lariyədək (1 dollar=1,65 lari) artırılır.

Polis əməkdaşını təhqir etməyə görə 2000 lari cərimə tətbiq ediləcək və ya 15 sutka həbs cəzası veriləcək.

Trend-in məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilməsi təklif olunub və artıq parlamentə göndərilib.

Qüvvədə olan qanuna görə, bu cür hərəkətlərə görə 400 lari cərimə ödənilir və ya əməkhaqqının 20 faizi alınmaqla 1 aydan 6 ayadək islah işlərinə cəlb edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti