...

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların əmrlərinin məktəblərə çatdılmasında yeni üsuldan istifadə ediləcək

Cəmiyyət Materials 10 İyul 2013 16:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn ildən Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul olanların əmrlərinin məktəblərə çatdılmasında yeni üsuldan istifadə edəcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların əmrlərinin məktəblərə çatdılmasında yeni üsuldan istifadə ediləcək

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn ildən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların əmrlərinin məktəblərə çatdılmasında yeni üsuldan istifadə edəcək.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə deyib ki, Azərbaycanda növbəti ildən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların əmrləri komissiyanın elektron imzası ilə təsdiqlənərək məktəblərə internetlə göndəriləcək.

O bildirib ki, bu yeniliyin tətbiqində məqsəd əhaliyə elektron xidmətlər göstərmək, dövlət orqanları ilə məlumat mübadiləsi proseslərini daha da təkmilləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

E.Nağızadənin sözlərinə görə, komissiya dövlət orqanlarına və əhaliyə internet üzərindən təqdim olunmaq üçün onlayn rejimdə hazırladığı elektron materialları (siyahı, informasiya sistemlərindən çıxarış və s.) insan müdaxiləsi olmadan elektron imza ilə təsdiqləyir. Artıq ümumi təhsili həyata keçirən təhsil müəssisələri cari ildə keçirilmiş ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin nəticələrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına gəlmədən internet üzərindən elektron imza ilə imzalanmış şəkildə əldə edir.

Yeni texnologiya gələcəkdə ixtisas seçimi ərizələrinin təsdiqi mərhələsində abituriyentlərə rəsmi cavabın verilməsində də istifadə olunacaq.

E.Nağızadənin bildirdiyinə görə, komissiya yeni texnologiyadan istifadə etməklə sənədlərin tam elektron dövriyyəsinə keçmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti