...

Bakıda hava küləkli olacaq, bəzi rayonlarda isə dolu düşəcək

Cəmiyyət Materials 24 İyul 2013 12:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 18-20 metrədək güclənəcək.
Bakıda hava küləkli olacaq, bəzi rayonlarda isə dolu düşəcək

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Sabah Bakıda küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 18-20 metrədək güclənəcək.

Bakı və Abşeron yarımadasında iyulun 25-də havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.

İyulun 25-də axşam, 26-da gecə və axşam saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 25-də Azərbaycanın rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 24-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Yaxın 3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda, arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti