Azərbaycan, Bakı, 21 avqust /Trend/
Böyük şəhərlərdə yaşamaq müxtəlif səbəblərdən çox cəlbedicidir. Amma bu seçim, eyni zamanda sakinlərə mənfi təsir edəcək bir sıra narahatlıqlar da yarada bilər.
Hər bir meqapolis üçün ən çox narahatlıq yaradan problemlərdən biri səs-küydür. Bu səs-küyün əsas mənbəyi nəqliyyat vasitələri və əhalinin həddən çox olmasıdır. Beləliklə, səs-küy sürətlə inkişaf edən şəhərin ayrılmaz hissəsi hesab oluna bilər.
Daha ətraflı AZERNEWS onlayn qəzetinin 21 avqust çap buraxılışında oxuya bilərsiniz.
Yeni sayda həmçinin oxucular ATƏT-in Minsk qrupuna yeni təyin olunmuş amerikalı həmsədrin Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rol, 2013-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatı və bank sisteminin xarici investorlar üçün böyük maraq yaratması, Bakı-Novorossiysk boru kəməri ilə neftin geri nəqlinə dair Azərbaycan-Rusiya danışıqlarının aparılması, arxeoloji ekspedisiya zamanı Nizami Gəncəvinin kəndinin aşkar olunması, Gürcüstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təfərrüatları, Azərbaycan orkestrinin Almaniyada uğurlu çıxışı və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
Yeni sayda AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Frenvik oxucuları masajın faydaları barədə məlumatlandıracaq.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.