...

Ali məktəblərə əlavə yerləşdirmənin nəticələri sabah elan ediləcək

Cəmiyyət Materials 22 Avqust 2013 15:06 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin nəticələrini sabah elan etməyi nəzərdə tutur
Ali məktəblərə əlavə yerləşdirmənin nəticələri sabah elan ediləcək

Azərbaycan, Bakı, 22 avqust / Trend müxbir M.Əliyev

Qəbul imtahanlarınin nəticələrinə əsasında əsasən, regionlardakı ali təhsil müəssisələrində vakanat yerlər qalıb. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, bu yerlər xüsusilə IV ixtisas qrupuna aid olan kənd təsərrüfatı ixtisası üzrədir: "Eyni zamanda, müəyyən dövlət ali təhsil müəssisələrində III ixtisas qrupu üzrə də yerlər qalıb. Biz ümidvarıq ki müsabiqə iştirakçıları həmin vakant yerləri seçəcəklər".

E.Nağızadə bildirib ki, hazırda ali məktəblərin vakanat yerləri ilə yanaşı,11 illik təhsil bazasından kolleclərə qəbulu üçün də ixtisas seçimi davam edir. İxtisas seçimi müsabiqəsinin nəticələri yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, cari ildə ali məktəblər üçün ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti