...

Azərbaycanda rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Cəmiyyət Materials 26 Avqust 2013 12:03 (UTC +04:00)
Azərbaycanda 2013/2014-cü tədris ili üçün rezidenturaya sənəd verənlərin sayı açıqlanıb.
Azərbaycanda rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2013/2014-cü tədris ili üçün rezidenturaya sənəd verənlərin sayı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, bu il rezidenturaya 1297 nəfər sənəd verib. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 9-da, ikinci mərhələsi isə 10-da keçiriləcək.

Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti