...

Adam oğurluğunda ittiham olunan şəxslərin apelyasiya şikayətləri təmin edilmədi

Cəmiyyət Materials 28 Avqust 2013 12:47 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Şahin Əliyev və Əhməd Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Adam oğurluğunda ittiham olunan şəxslərin apelyasiya şikayətləri təmin edilmədi

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Apelyasiya Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Şahin Əliyev və Əhməd Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsilərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı verdikləri apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Əliyev 11 il, Əhməd Həsənov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il noyabrın 20-də Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15 min manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23:00 radələrinədək qanunsuz olaraq azadlıqdan məhrum ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti