...

Dövlət Komitəsinin sədri: Diasporun birliyi gözəl şeydir, amma əgər alınmırsa, paralel olaraq işləmək də qəbahət deyil

Cəmiyyət Materials 6 Sentyabr 2013 14:23 (UTC +04:00)
Əgər hər hansı bir ölkədə diasporlar birgə fəaliyyət göstərə bilmirlərsə və birlikdə olmaq ümumi işə maneçilik törədirsə yaxud onun dağılmasına gəritib çıxarırsa, paralel olaraq fəaliyyət göstərmək Azərbaycan dövləti və dövlətçiliynə daha çox effektli olar.
Dövlət Komitəsinin sədri: Diasporun birliyi gözəl şeydir, amma əgər alınmırsa, paralel olaraq işləmək də qəbahət deyil

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Əgər hər hansı bir ölkədə diasporlar birgə fəaliyyət göstərə bilmirlərsə və birlikdə olmaq ümumi işə maneçilik törədirsə yaxud onun dağılmasına gəritib çıxarırsa, paralel olaraq fəaliyyət göstərmək Azərbaycan dövləti və dövlətçiliynə daha çox effektli olar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Komitə sədrinin sözlərinə görə, belə hallar hazırda bir neçə ölkədə var və diasporun paralel strukturları yaradılır:

"Sağlam rəqabət olan yerdə işin inkişafı daha çox olur. Cəmiyyəti və mətbuatı narahat edən bir çox ölkələr var. Məsələn, "Ukraynada niyə azərbaycanlılar birləşmir?" deyə yazılar yazılır, suallar verilir, narahatlıqlar bildirilir. İndiki halda paralel cəmiyyətlər yaradılır. Sağlam rəqabət var. Ən əsası odur ki, bu cəmiyyətlərin hamısında Azərbaycan Respublikasına, Azərbaycan dövlətinə, onun dövlətçiliyinə sədaqətli insanlardır. Onlar həmin ölkələrdə azərbaycanlıların daha da inkişafı üçün fəaliyyət göstərirlər, Azərbaycan Prezidentinin siyasətini həyata keçirirlər, ona çox böyük sayqı və hörmətlə yanaşırlar, Vətəni, ökə başçısını sevirlər. Onların niyə birləşməməsini də böyük dərd etməyə ehtiyac yoxdur. Diasporun birliyi gözəl şeydir, amma əgər alınmırsa, paralel olaraq işləmək də qəbahət deyil."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti