Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Son 10 ildə Azərbaycanda əhalinin sayı 13.1 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu müddətdə ölkədə əməkqabiliyyətli əhalinin sayı 24,3 faizə çatıb. Əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 13.7-dən 19 nəfərə, ümumi nəsilvermə əmsalı 1.8-dən 2.3-ə yüksəlib. Ölkədə ömür uzunluğu 1.7 yaş artıb.
Son 10 ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayını üstələyib.
Qeyd edək ki, DSK-nın 6 ayın yekunlarına dair yaydığı statistikada Azərbaycanda əhalinin sayı 9411,8 min nəfərdir.