...

Azərbaycanda həkimlər arasında daha çox cərrahların sayı artıb

Cəmiyyət Materials 13 Sentyabr 2013 12:44 (UTC +04:00)
Son 10 ildə Azərbaycanda həkimlərin sayı 109,5 faiz artıb.
Azərbaycanda həkimlər arasında daha çox cərrahların sayı artıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Son 10 ildə Azərbaycanda həkimlərin sayı 109,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2003-cü ildə ölkədəki həkimlərin sayı 29,7 min nəfər olub. 2012-ci ildə isə onların sayı 32,3 min nəfər olub. 2012-ci ildə Azərbaycanda həkimlərin 8,9 min nəfəri terapevt, 3,9 min nəfəri cərrah, 2 min nəfəri ginekoloq, 2,5 min nəfəri stomatoloq və diş həkimi olub. Son ildə terapevtlərin sayı 106 faiz, cərrahların sayı 114, 7 faiz, ginekoloqların sayı 105,3 faiz stomatoloq və diş həkimlərinin sayı 108,7 faiz artıb.

Son 10 ildə əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisələrin sayı 107,6 faiz çoxalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti