...

Nazir: Azərbaycanda Olimpiya İdman komplekslərinin tikintisi davam etdiriləcək

Cəmiyyət Materials 21 Sentyabr 2013 13:22 (UTC +04:00)
Azərbaycanda Olimpiya İdman komplekslərinin (OİK) tikintisi və yenidən qurulması davam etdiriləcək.
Nazir: Azərbaycanda Olimpiya İdman komplekslərinin tikintisi davam etdiriləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda Olimpiya İdman komplekslərinin (OİK) tikintisi və yenidən qurulması davam etdiriləcək.

Trend xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edir.

Nazir bildirib ki, ümumilikdə, son illər ərzində respublikamızın şəhər və rayonlarında 40 Olimpiya İdman Kompleksi (OİK) inşa edilərək idmançıların istifadəsinə verilib. Təkcə bu il ölkəmizdə Prezident İlham Əliyevin iştirakı ilə Qobustan İdman Kompleksinin, Şirvan, Xaçmaz, Qax və Saatlı şəhərlərində Olimpiya İdman komplekslərinin açılış mərasimləri keçirilib.

Azad Rəhimovun sözlərinə görə, ölkədə OİK-lərin tikintisi və yenidən qurulması işləri bundan sonra da davam etdiriləcək:

"Hazırda regionlarda daha 3 - Göygöl, Ağcabədi və Abşeron Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Yaxın günlərdə Göygöl Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi nəzərdə tutulub. Bundan başqa Goranboy, Neftçala, Tərtər OİK-lərinin, Yardımlı və Qala idman komplekslərinin, Nərimanov rayonunda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisinə və Lənkəran OİK-nin yenidən qurulmasına başlanılacaq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti