...

Bələdiyyələrin maliyyə imkanları və səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir

Cəmiyyət Materials 22 Noyabr 2013 11:42 (UTC +04:00)
Bələdiyyələrlə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması, eyni zamanda, bələdiyyələrin işinin təkmilləşdirilməsi məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi məqsədilə müvafiq təkliflər hazırlanıb.
Bələdiyyələrin maliyyə imkanları və səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İzzət/

Bələdiyyələrlə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması, eyni zamanda, bələdiyyələrin işinin təkmilləşdirilməsi məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi məqsədilə müvafiq təkliflər hazırlanıb. Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Mehdi Səlimzadə jurnalistlərə bildirib.

Mərkəz rəisinin sözlərinə görə, bələdiyyələrlə bağlı qanunvericilik prosesinin təkmilləşdirilməsi mütəmadi olaraq həyata keçirilir. Artıq bu il də bələdiyyələrlə bağlı təkliflər hazırlanaraq qəbul olunması üçün təqdim edilib: "Artıq həmin təkliflər aidiyyəti üzrə baxılmaqdadır. Gələcəkdə onlardan hansı münasib hesab edilərsə, qanunvericilik yolu ilə qəbul olunacaq. Bunlar bələdiyyələrin mülkiyyət məsələləri, onların işinin təşkilində müəyyən işlərin müasirləşdirilməsi, bələdiyyələrin maliyyə imkanlarının artırılması, onlara müəyyən səlahiyyətlərin verilməsi və s. təkliflərdir. Bələdiyyələrin işinə maneçilik törədən nöqsanların, problemlərin aradan qaldırılması, eyni zamanda, bələdiyyə işinin təkmilləşdirilməsi baxımından dövrün tələblərinə uyğun olaraq qanunvericilikdə nələrin irəli çıxması, nələrin qəbul olunması zəruri hesab edilirsə, o istiqamətdə həm bələdiyyələrdən, həm ictimaiyyətdən aldığımız təkliflər, eləcə də özümüzün apardığımız təhlillər əsasında ortaya çıxan problemlərin aradan qaldırılması, eyni zamanda bələdiyyələrin işinin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər hazırlayıb təqdim edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti