...

Cavidin əsərlərindən ibarət türkcə kitab AMEA-nın Mərzəki Elmi Kitabxanasının fonduna daxil edilib

Cəmiyyət Materials 24 Dekabr 2013 11:59 (UTC +04:00)
Trend-in məlumatına görə, kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı “Maral”, “Afət”, və “Uçurum” pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb.
Cavidin əsərlərindən ibarət türkcə kitab AMEA-nın  Mərzəki Elmi Kitabxanasının fonduna daxil edilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü və "Kaspi" qəzetinin və Kaspi Təhsil Mərkəzinin layihəsi çərçivəsində Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunmuş Azərbaycan ədəbiyyatının böyük siması, Turan sevdalısı Hüseyn Cavidin əsərlərinin toplusu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Trend-in məlumatına görə, kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı "Maral", "Afət", və "Uçurum" pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb.

944 səhifədən ibarət olan kitabın tərtibatçısı Hüseyn Cavid irsinin araşdırıcısı Doç. Dr. Azər Turan, redaktoru Selma Sukasdır. Kitab İstanbulda "Küsena" yayınları tərəfindən Step Ajans reklamçılık, Mətbəəçilik, tanıtım və Organizasyon Ltd. Şti.-də çap olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti