...

BMT Suriyada ölənlərin sayını daha açıqlamayacaq

Cəmiyyət Materials 7 Yanvar 2014 22:18 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyadakı silahlı toqquşmalarda ölənlərin sayını daha açıqlamayacaq.
BMT Suriyada ölənlərin sayını daha açıqlamayacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyadakı silahlı toqquşmalarda ölənlərin sayını daha açıqlamayacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Bundan əvvəl BMT-nin qurumları Suriyada ölənlərin sayının 100 mini keçdiyini bəyan etmişdi. Lakin əldə olunan məlumatların tam dəqiq olmaması səbəbindən bundan sonra bu barədə heç bir açıqlama olmayacaq.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının mətbuat katibi Rupert Kolvill bu vaxtadək 6 müxtəlif təşkilatdan gələn məlumatları qarşılaşdıraraq ölənlərin sayını açıqladıqlarını bildirib. O, son bir il ərzində mənbələrin sayının 2 və ya 3-dək azaldığını və bu səbəbdən də artıq dəqiq məlumat verə bilməyəcəklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti