...

DİN-in hospitalının rəisi təqaüdə göndərilib

Cəmiyyət Materials 21 Yanvar 2014 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə hospitalın rəisi Aydın Əsədov yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Hazırda nazirliyin hospitalında Aydın Əsədovun vəzifəsini rəis müavini Ramiz Əkbərov icra edir. Hələ ki rəis vəzifəsinə yeni təyinat olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti